Xırdalanda şəbəkə xəttində baş verən qəza ilə bağlı məlumat daxil olan kimi xəttə suyun verilişi dayandırılıb.
Bizim.Media xəbər verir ki, bunu “Baku.ws”ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
"Axıntının qarşısı alınıb. Təmir davam edir və yaxın 1 saat ərzində işlər yekunlaşacaq", - deyə qurum rəsmisi qeyd edib.
Qeyd edək ki, Xırdalan şəhərində küçədə su borusu partlayıb.
Məlumata görə, hadisə şəhərin 28-ci məhəllə adlanan ərazisində, küçədə baş verib. Nəticədə təzyiqli su ətrafa axıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media