"Birinci dəfə Azad müəllimi görəndə elə bir aura var idi ki, mənə müsbət enerji gəldi. İlk düşündüyüm o oldu ki, kaş məni işə götürəydi".
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində mərhum nazir Azad Rəhimovla ilk tanışlığı barədə danışarkən deyib.
O bildirib ki, nazirlə qısa söhbətdən sonra işə qəbul olunub:
"Onda italyan dilini öyrənirdim. Azad müəllim də bu dili çox gözəl bilirdi. Mənimlə italyan dilində danışmağa başladı. Mən də bu dildə cavab verdim. Qapının ağzında dayanmışdım. Baxdı və "Gəl içəri, otur" dedi. Heç 5 dəqiqə söhbət etmədik. Soruşdu ki, bu sahədən nə bilirsən. Dedim ki, heç nə, gənclər və idman sahəsi mənə tamam yaddır. Bildirdi ki, mən səninlə işləmək istəyirəm. Mən də eyni fikirdə olduğumu söylədim. Dedi, qərarlaşdır, gəl. Elə o gündən Azad müəllimlə işləməyə başladım".
Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:52 / 04.05.2021
Səmayə Məmmədova Azad Rəhimovla ilk tanışlığından danışdı - TƏFƏRRÜAT
Hazırda oxunan: Səmayə Məmmədova Azad Rəhimovla ilk tanışlığından danışdı - TƏFƏRRÜAT
Hazırda oxunan: Səmayə Məmmədova Azad Rəhimovla ilk tanışlığından danışdı - TƏFƏRRÜAT
20035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.