Məhkəmədə qalmaqal düşdü, hakim çəkilişi saxladı

Məhkəmədə qalmaqal düşdü, hakim çəkilişi saxladı

Hazırda oxunan: Məhkəmədə qalmaqal düşdü, hakim çəkilişi saxladı

200329

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər çəkilişə icazə verilməməsini tələb ediblər.

Zərərçəkən şəxslərin valideynləri buna etiraz edərək, ayağa qalxıblar. Məhkəmədə tərəflər arasında qalmaqal yaranıb. Hakim tələbə əsasən çəkilişin dayandırılmasını tələb edib.

Daha sonra, təqsirləndirilən Nuridə Seyidova ifadə verib. O, ifadəsində alınan pulların Aynur Bayramovaya aid olduğunu bildirib.

Hakim Azad Məcidov 36 nəfərin şikayət ərizəsi ilə müraciət etdiyini, lakin zərərçəkənlərin 100-lərlə olduğunu, hər gün müraciət olunduğunu diqqətə çatdırıb. Nuridə Seyidovanın ifadəsində Aynur Bayramovanın adını çox çəkməsindən qəzəblənən qohumları yerdən danışmağa və qarğış etməyə başlayıblar.

Hakim Azad Məcidov yerdən danışan şəxsi məhkəmə prosesindən kənarlaşdırıb.

Məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib. Hakim deyib ki, vergi xidmətinə sorğu göndəriləcək. Sorğuya əsasən, "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin vergi bəyannamələri, mədaxil çekləri barədə məhkəməyə məlumat verilməsi tələb olunub. Növbəti prosesi iyulun 10-da davam edəcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib.

Nuridə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO