Ələsgər Məmmədlinin həbs müddəti UZADILDI

Ələsgər Məmmədlinin həbs müddəti UZADILDI

Hazırda oxunan: Ələsgər Məmmədlinin həbs müddəti UZADILDI

200299

Media eksperti, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə istintaq orqanının təqdimatına baxılıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO