Bu gün Azərbaycanda orta tibb işçiləri hazırlayan ən qocaman təhsil müəssisələrindən biri olan Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində məzun günü keçirilib.
Bizim.Media xəbər verir ki, 1931-ci ildən fəaliyyət göstərən kolleci 2023-2024-cu tədris ilində Tibb bacısı (qardaşı) işi, mamalıq işi, əczaçılıq, tibbi profilaktika, ortopedik stomatologiya və laboratoriya diaqnostikası ixtisasları üzrə ümumilikdə 311 tələbə məzun adını qazanıb.
Məzun günündə tələbələri salamlayan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev yüksək keyfiyyətli təhsil almaq üçün tibb təhsil müəssisəsində yaradılan şəraitdən söz açıb.
Qeyd edilib ki, bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri və texniki təchizatı ilə bərabər həm də həkim və orta tibb işçilərinin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparır.
Məzun günü yekunlaşdıqdan sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub. Qərb bölgəsinin 20-ə yaxın dövlət və özəl tibb müəssisələrinin qatıldığı tədbirə məzunların marağı böyük idi. İlk dəfə olaraq kolleci bitirən məzunlar işverən tibb müəssisələrinin əməkdarları ilə birbaşa ünsiyyətdə olaraq vakansiyalarla maraqlanıb, öz məlumatlarını onlarla bölüşürdülər.
Əmək yarmarkasında Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Qazax, Ağstafa, Tovuz rayonlarının tibb müəssisələri boş olan və yaxın zamanlarda boşala biləcək vakansiyaları məzunlara təqdim etdilər. Bu tədbir bu il kolleci bitirərək məzun olan tələbələr üçün iş tapmaq baxımından çox səmərəli olub.
Tədbirin sonunda kollecin tələbələrinin ifasında musiqi nömrələri təqdim olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:52 / 03.07.2024
Gəncədə məzun günü və əmək yarmarkası keçirildi – FOTO
Hazırda oxunan: Gəncədə məzun günü və əmək yarmarkası keçirildi – FOTO
Hazırda oxunan: Gəncədə məzun günü və əmək yarmarkası keçirildi – FOTO
200286
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.