Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə QAÇDI

Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə QAÇDI

Hazırda oxunan: Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə QAÇDI

200251

Bakıda ana dörd uşağını parkda qoyub sevgilisinə qoşulub gedib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, uşaqların ən kiçiyi 5-6 aylıqdır:

“Uşaqlar təxminən 14, 5, 4 yaşındadırlar. Ən kiçiyi 5-6 aylıq olar. Böyük qız bildirir ki, anam sevgilisi ilə bizi parkda qoydu və dedi ki, gedirəm kirayə ev tapmağa… O gedən gedib. Polis əməkdaşları uşaqları aşkarlayıb bölməyə aparıb. Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşayıblar. Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş, atasının adı isə Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar”.

Kəmalə Ağazadə üç gün öncə polisin aşkarladığı uşaqların sığınacağa yerləşdirildiyini qeyd edib:

“Uşaqlar 1 gün tibbi müayinə məqsədi ilə Ə.F.Qarayev adına uşaq xəstəxanasına yerləşdirilib. Ondan sonra Sosial Xidmətlər Agentliyi uşaqları Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq sığınacağına yerləşdirib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO