Füzuli rayonunda 21 yaşlı hamilə qadın psixoloji zorakılığa məruz qalıb.
Bu barədə Bizim.Media-ya “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, rayonun Zobucuq kəndindən onlara müraciət edən qadın çıxılmaz vəziyyətdə olduğunu və qorxduğunu bildirib:
“Xanım artıq hamiləliyini pozmaq istəyir. Çünki nə valideynləri qəbul edir, nə də qayınanasıgil onu yola verir. Qadının sözlərinə görə, həyat yoldaşı, yoldaşının ailəsi onu evdə qapalı saxlayır, qapını bağlayıb, çörək də vermirlər, hədə-qorxu gəlirlər”.
Mehriban Zeynalova ona rayon icra hakimiyyətinə müraciət etməli olduğunu desə də gənc xanım başqa rayondan gəlin gəldiyi üçün heç kimi, heç yeri tanımadığını, necə müraciət edəcəyini bilmədiyini deyib:
“Gəncdi, qorxudan bilmir neyləsin, nömrə yox, əlaqə yox, çətin durumdadır”.
Birlik sədri belə faktların tez-tez olduğunu, başqa rayondan da fiziki zorakılıqla bağlı müraciətin olduğunu qeyd edib:
Göygöl rayonunda isə başqa bir xanım əri tərəfindən fiziiki zorakılığa məruz qalıb. Ər iki uşaq anası, 29 yaşlı qadını daim döyür.
Mehriban Zeynalovanın sözlərinə görə qadın qorxu içərisindədir. Başqa rayondan olduğu üçün yerli qurumları tanımır və müraciət edə bilmir.
Qeyd edək ki, Mehriban Zeynalova hər iki qadın barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Agentliyinə məlumat versə də, hələki məsələyə müdaxilə olunmayıb:
“Ümumi qrup var, ora yazmışam reaksiya verən yoxdur. Söhbət ondan gedir ki, yerlərdə müvafiq qurumlar dərhal reaksiya vermədikləri üçün problem daha da dərinləşir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 03.07.2024
Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ – Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə ...
Hazırda oxunan: Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ – Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə ...
Hazırda oxunan: Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ – Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə ...
200244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.