Şəkidə ağır qəza: Sürücü öldü, həyat yoldaşı yaralandı

Şəkidə ağır qəza: Sürücü öldü, həyat yoldaşı yaralandı

Hazırda oxunan: Şəkidə ağır qəza: Sürücü öldü, həyat yoldaşı yaralandı

200218

Yevlax-Zaqatala-Gürcüstan magistralınının Şəkinin Cəfərabad kəndindən keçən hissəsində ağır qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 58 yaşlı Ələsgər İbrahimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən ehtiyatsızlığından idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Onun həyat yoldaşı Mehriban İbrahimova isə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər Mehriban İbrahimovaya müalicələr təyin ediblər. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəzanın təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO