Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edib - VİDEO

Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edib - VİDEO

Hazırda oxunan: Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edib - VİDEO

200217

İyulun 3-də Belarus Respublikasının Müstəqillik Günü münasibətilə Minsk şəhərində hərbi parad keçirilib.

Bizim.Media xəbər verir ki, paradda Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan hərbçilərlə yanaşı Azərbaycandan gedən hərbçilər də iştirak edib.

Paradın heyətinə kapitan Məhəmməd Saqizadə komandanlıq edib.

“Belarusun azad edilməsində 10 minə yaxın azərbaycanlı iştirak edib”, - deyə şərhçi Azərbaycan Respublikasından olan hərbi qulluqçular tribuna önündən keçərkən qeyd edib.

Yeri gəlmişkən, bu gün Belarusun Müstəqillik Günü və ölkənin nasist işğalçılarından azad edilməsinin 80 illiyi qeyd olunur.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO