"Manatlıq" taksilər artıq "manatlıq" deyil - VİDEO

Hazırda oxunan: "Manatlıq" taksilər artıq "manatlıq" deyil - VİDEO

200198

El arasında “manatlıq” kimi adlandırılan taksilərin sürücüləri benzinin qiymətinin dəyişməsindən istifadə edərək qiymətləri qaldırıblar.

Bizim.Media xəbər verir ki, Bakıətrafı ərazilərə gedən taksilər bir sərnişini 2 manata daşıyırlar.

Sürücülərin sözlərinə görə, buna səbəb yanacağın qiymətinin artmasıdır.
Amma sürücülər arasında hələlik qiyməti artırmayanlar da var. Bu haldan ən çox narazı qalanlar isə sərnişinlərdir.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər.

“E-taksi” xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması həyata keçiriləcək. İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri görüləcək.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO