“Türk olduğum üçün xoşbəxtəm. Çünki azarkeşlərimiz bizə inanılmaz anlar yaşatdılar. Bütün azarkeşlərimizə təşəkkür edirəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə millisinin müdafiəçisi Merih Demiral Avstriya ilə oyundan sonra verdiyi açıqlamada bildirib.
Komandasına qələbəni gətirən hər iki qolun müəllifi olan Demiral bunları deyib:
“Bu təkcə mənim üçün yox, bütün komandamız üçün çox önəmli görüş idi. Sadəcə mən yox, bütün komandamız əzmkar mübarizə apardı. Hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, dünən AVRO-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya görüşü qardaş ölkənin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media