İcazəsiz foto çəkməyin CƏZASI nədir? – Hüquqi İZAH 

İcazəsiz foto çəkməyin CƏZASI nədir? – Hüquqi İZAH 

Hazırda oxunan: İcazəsiz foto çəkməyin CƏZASI nədir? – Hüquqi İZAH 

200112

Son zamanlar küçədə və digər ictimai yerlərdə insanların hər hansı hərəkətini mobil telefonla çəkib sosial şəbəkələrdə paylaşmaq adi hal alıb. Hər gün sosial şəbəkələrdə belə hallarla rastlaşırıq. Xüsusilə, xoşagəlməz davranış sərgiləyən şəxslərin görüntülərinə minlərlə insan mənfi rəy bildirir, qınayırlar. İnsanları gizli şəkildə çəkən, paylaşan şəxs isə demək olar ki, ittiham olunmur.

Bəs bu haqda qanunvericilik nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması birbaşa məsuliyyət yaradır:

“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir”.

O bildirib ki, şəxsin toxunulmazlığı sözügedən maddənin iki bəndində yer alıb:

“Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

O, qeyd olunan normaların hər hansı şəxsin şəklinin sosial şəbəkələrdə yayılmasını qadağan etdiyini vurğulayıb.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO