Bakının daha bir küçəsində avtobus zolağı yaradıldı – FOTO  

Bakının daha bir küçəsində avtobus zolağı yaradıldı – FOTO  

Hazırda oxunan: Bakının daha bir küçəsində avtobus zolağı yaradıldı – FOTO  

200110

Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində – İnşaatçılar prospektindən Mətbuat prospektinə qədər hərəkət zolağı təşkil edilib. 

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. 

Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılır. 

"Hər gün Ə.Haqverdiyev küçəsindən 1 123 dəfə avtobus keçir. İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz, əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırırıq. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək",- deyə məlumatda qeyd edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO