Alimpaşa Məmmədovun Sumqayıt sərgüzəştləri - “Mənimkini gətir”

Alimpaşa Məmmədovun Sumqayıt sərgüzəştləri - “Mənimkini gətir”

Hazırda oxunan: Alimpaşa Məmmədovun Sumqayıt sərgüzəştləri - “Mənimkini gətir”

20011

Aprelin 26-da həbs edilən Şəmkir Rayonun sabiq icra başçısı Alimpaşa Məmmədovun qanunsuz əməlləri barədə xəbərlər durmadan artmada davam edir.

Şəmkir rayon icra başçısı təyin olunmamışdan əvvəl Vergilər Nazirliyində çalışan Alimpaşa Məmmədov “Sumqayıtın vergi qoçusu” ləqəbi ilə tanınıb. 

Sumqayıtlı sahibkarlarının deməsinə görə, A.Məmmədovun hələ 2007 - 2009-cu illərdə 2 saylı Vergilər İdarəsinin rəisi kimi cinayətlərini araşdırsalar, ona elə 100 il iş düşər. 

Alimpaşa Məmmədovu dar ağacına çəkdiyi Sumqayıt sahibkarlarına həmişə dediyi bir sevimli sözü vardı: “Bu dövlətinki, onunla özün bilərsən, mənimkini gətir”.

Adının çəkilməsini istəməyən bir sumqayıtlı sahibkarın Bizim.Media-ya söylədiyinə görə, Sumqayıtın o zamankı icra başçısı Vaqif Əliyev belə onun bu əməllərinə müdaxilə edə bilmirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Həbs edilən icra başçısının topdağıtmaz sərvəti - ŞOK SİYAHI


Çünki, araxasında Vergilər naziri Fazil Məmmədov kimi dayağı vardı. 

Boşuna A.Məmmədov bu illər ərzində Sumqayıtda “sahibkarların qənimi” adını qazanmayıb. O, kiçik dükanlardan başlamış, marketlərə, mebel sexlərinə, bərbərxanalara, masaj, idman salonlarına da aylıq hesab qoymuşdu. Bundan əlavə adi küçə alverçiləri, “göy satanlar” da rəisin “bığının altından keçib”, ona xərac verərək, istədikləri yerdə mallarını sata bilərdilər.

Onun Sumqayıtdakı özbaşınalığı haqqında şikayətlər Vergilər Nazirliyindən Prezident Administrasiyasına qədər yol getsə də, Alimpaşanın vəzifəsi daha da artırdı. Prezident Admnistrasiyasında isə onu qoruyan əl daha dəhşətli cinayətlərə təşviq edirdi.

Ardınca aparatın o vaxtıkı rəhbəri Ramiz Mehdiyevin “hallalığı” ilə Şəmkir rayonuna icra başçısı təyin olunan Alimpaşa Məmmədov rayonda “xırda padşah” kimi hökm etməyə başlayır. 

Bundan sonra rayonda bütün gözəgəlimli ərazilər, rentabelli müəssisələr Alimpaşa Məmmədov tərəfindən ələ keçirilir. Bununla da o, Şəmkirdə öz imperiyasını qurmağa nail olur. Ta 26 aprel 2021-ci ilə qədər, həmin tarixdə “imperiya çökür”.

Qeyd edək ki, Şəmkir Rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov aprel ayının 26-da külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması və s. bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO