Bakıda 32 dərəcə isti olub - FAKTİKİ HAVA 

Bakıda 32 dərəcə isti olub - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bakıda 32 dərəcə isti olub - FAKTİKİ HAVA 

200107

İyulun 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyulun 2-si saat 16:00-a olan məlumata görə, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Xınalıq, Qax, Qrız, Şahdağ, Göyçay, İmişli, Naftalan, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Yardımlı, Astarada şimşək çaxır, arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir. 

Öncədən xəbər verildiyi kimi, şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonlarında 29, Naxçıvan MR-da 27, dağlıq rayonlarda 16 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO