“2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb”.
Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və Polis Akademiyasının 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasimdə deyilib.
V.Eyvazov qeyd edib ki, həmin müddətdə 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.
Həmçinin cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub. Bundan başqa 25 tona yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:23 / 02.07.2024
Azərbaycanda 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib
Hazırda oxunan: Azərbaycanda 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib
Hazırda oxunan: Azərbaycanda 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib
200062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.