Azərbaycan-İsrail dostluğundan bəhs edən kitab TƏQDİM olundu - FOTO

Azərbaycan-İsrail dostluğundan bəhs edən kitab TƏQDİM olundu - FOTO

Hazırda oxunan: Azərbaycan-İsrail dostluğundan bəhs edən kitab TƏQDİM olundu - FOTO

200052

Bu gün siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabının təqdimat mərasimi olub.

Bizim.Media xəbər verir ki, kitabda Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə diqqәt yetirilib

Kitabın elmi redaktoru Mozes Bekerdir. 

Tədbirdə ziyalılar və elmi ictimaiyyət nümayəndələri iştirak edib.

Kitabla bağlı məlumat verən Vaqif Abdullayev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri İsrail olub:

“1992-ci ilin aprelində diplomatik əlaqələr qurulsa da, siyasi münasibətlər 1993-cü ildən sonrakı dövrə təsadüf edir.  Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə, eləcə də müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirib, humanizm prinsiplərinə söykənərək İsrail dövləti və xalqına dərin hörmət və ehtiramını nümayiş etdirib.

Cənab Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verib, əlaqələrin strateji zirvəyə yüksəlməsinə təkan verən qətiyyətli siyasət yürüdüb. Eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə yüksək hörmətin bariz ifadəsini görmək mümkündür”. 
Professor kitabın ərsəyə gəlməsində mühüm rol oynayan tarixi hadisələrdən də bəhs edib. O, deyib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması müəyyən geosiayasi səbəblərdən ləngisə də, son 30 ildә iki ölkə arasında əlaqələr bütün istiqamətlərdə möhkәmlәnәrәk əsil dostluq zirvәsinә çatıb. 2023-cü il martın 29-da Təl-Əvivdə Azərbaycanın diplomatik korpusu fəaliyyətə başlayıb. Bu kitabın ərsəyə gəlməsində də bu mühüm tarixinin hadisə, eləcə də ötən ili mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri və imzalanan mühüm sazişlərdən meydana çıxan yeni reallıqarın böyük rolu oldu. Azәrbaycan-İsrail siyasi münasibәtlәrinə müxtəlif rakursdan elmi-politoloji təhlil və yanaşma əsasında müasir baxış ortaya qoyuldu.

Təəssüf ki, kitabın hazırlandığı bu il yarım ərzində İsrail və Fələstin Muxtariyyəti arasında baş verən münaqişə bölgədə sabitliyin pozulmasına səbəb oldu və hər birimiz bu münaqişənin tezliklə sülhlə başa çatmasını arzulayırıq”.

Qeyd edək ki, “Azərbaycan-İsrail” Cəmiyyətinin təşəbbüskarlığı sayəsində kitab həm də ivrit dilində nəşr edilib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO