Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi

Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi

Hazırda oxunan: Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi

200051

Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edib.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, keçmiş icra başçısının iddiası "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə qarşısıdır.

Mehdi Səlimzadənin iddiasına Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır.

Xatırladaq ki, Mehdi Səlimzadə 1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert, 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və komitənin ilk sədri, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifələrində çalışıb.

O, 2016-cı ildə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2022-ci il fevralında vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO