9 və 10 nömrəli avtobusun sürücüləri dayanacaqda niyə SAXLAMIRLAR? - Sərnişinlərin şikayətinə RƏSMİ CAVAB   

9 və 10 nömrəli avtobusun sürücüləri dayanacaqda niyə SAXLAMIRLAR? - Sərnişinlərin şikayətinə RƏSMİ CAVAB   

Hazırda oxunan: 9 və 10 nömrəli avtobusun sürücüləri dayanacaqda niyə SAXLAMIRLAR? - Sərnişinlərin şikayətinə RƏSMİ CAVAB   

200050

Son zamanlar 9 və 10 nömrəli marşrutların sürücüləri sərnişin sıxlığını bəhanə edərək dayanacaqlarda saxlamırlar. İntervalı 20 dəqiqədən çox olan marşrut xəttlərində uzun müddət avtobus gözləməyə məcbur qalan sərnişinlər bu vəziyyətdən onsuz da şikayətçi ikən, üstünə sürücülərin dayanacaqlarda saxlamaması narazılıqları daha da artırıb. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında bildirib ki, “Xaliq Faiqoğlu” MMC-nin müvəqqəti istismarında olan 9 nömrəli marşrutda 11 avtobus 7-8 dəqiqəlik intervalla, “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 10 nömrəli marşrutda isə 13 avtobus 6-7 dəqiqəlik intervalla fəaliyyət göstərir:

“Şəhərin müxtəlif küçə və prospektlərində, xüsusilə də günün pik saatlarında müşahidə edilən sıxlıq avtobuslararası intervalın artmasına səbəb olur. Tərəfimizdən daşıyıcılara sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanıb. 

Əlavə edək ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. 

Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib”.

 “Xaliq Faiqoğlu” MMC və “BakuBus” MMC-dən isə bildirilib ki, məsələ nəzarətə götürülüb və həmin sürücülər haqqında tədbir görüləcək.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO