Məktəbəhazırlıq qruplarına qəbul başlayır – BU TARİXDƏN  

Məktəbəhazırlıq qruplarına qəbul başlayır – BU TARİXDƏN  

Hazırda oxunan: Məktəbəhazırlıq qruplarına qəbul başlayır – BU TARİXDƏN  

200047

İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. 

Bizim.Media xəbər verir ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. 

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək. 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO