Xocalıda xeyli sayda döyüş sursatı aşkarlandı – FOTO/VİDEO  

Xocalıda xeyli sayda döyüş sursatı aşkarlandı – FOTO/VİDEO  

Hazırda oxunan: Xocalıda xeyli sayda döyüş sursatı aşkarlandı – FOTO/VİDEO  

200034

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib. 

"Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir", - məlumatda vurğulanıb. 
 












Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO