Sakinlərin NƏZƏRİNƏ: Sabah Bakının 4 rayonunda qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Sabah Bakının 4 rayonunda qaz olmayacaq

Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Sabah Bakının 4 rayonunda qaz olmayacaq

199974

Nərimanov rayonunun Xəlil Rza Ulutürk küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunun Azadlıq prospektində COP-29 proqramına əsasən yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsi , C.Hasilov küçəsi 10 ünvanında və Suraxanı rayonunda istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədi ilə 02.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun (Böyük-Şor küçəsi, LO-38/10 məhəllə, Heydər Əliyev prospekti), Nəsimi rayonunun (Azadlıq prospekti və M.Qaşqay, F.Qasımov, S.Əsgərov, Ş.Əzizbəyov, İ.Qasımov, Kovorçkin, Mirqasımov, Bakıxanov küçələri), Səbail rayonunun (T.Məmmədov, S.Məmmədov, N.Paşayev, G.Qarayev, Ə.Nəzərov, R.Əliyev, S.İbrahimxəlil, Gənclər, S. Məmmədov, C.Hasilov küçələri) və Suraxanı rayonunun (Dədə Qorqud və Bahar yaşayış massivləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO