MMA və Qrapplinq Federasiyasının həbsdə olan qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun məhkəməsi yekunlaşır.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Müslüm Şahmarov idmançıların ayrı-ayrılıqda xuliqanlıqda təqsirli bilinmələrini - R.Əfəndiyev, T.Musayev, V. Kərimov, X.Rüstəmov və R. Əsədovun 1 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
İttiham çıxışında sərbəst mühakimə olunan T.Musayevin məhkəmə zalından həbsi tələb olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 01.07.2024
Xuliqanlıqda ittiham olunan MMA idmançılarının 1 il həbsi tələb edildi - FOTO
Hazırda oxunan: Xuliqanlıqda ittiham olunan MMA idmançılarının 1 il həbsi tələb edildi - FOTO
Hazırda oxunan: Xuliqanlıqda ittiham olunan MMA idmançılarının 1 il həbsi tələb edildi - FOTO
199881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.