Hacıqabulda ağır qəza: Bir ailənin 3 üzvü xəsarət aldı

Hacıqabulda ağır qəza: Bir ailənin 3 üzvü xəsarət aldı

Hazırda oxunan: Hacıqabulda ağır qəza: Bir ailənin 3 üzvü xəsarət aldı

199847

Hacıqabulda yol qəzasında 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yoldakı maneə çırpılıb.

Qəza nəticəsində Sumqayıt şəhər sakinləri - 1994-cü il təvəllüdlü Həşimov Mirağa Yaşar oğlu, 1971-ci il təvəllüdlü Həşimova Reyhan Əliağa qızı, 1997-ci il təvəllüdlü Həşimova Raya Yaşar qızı və Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İsgəndərova Şəfiqə Nəsib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO