Kürdəmirdə avtomobil qoyun sürüsünə girdi: 15 heyvan tələf oldu, çoban ağır yaralandı - FOTO

Kürdəmirdə avtomobil qoyun sürüsünə girdi: 15 heyvan tələf oldu, çoban ağır yaralandı - FOTO

Hazırda oxunan: Kürdəmirdə avtomobil qoyun sürüsünə girdi: 15 heyvan tələf oldu, çoban ağır yaralandı - FOTO

199826

Kürdəmirdə avtomobil qoyun sürüsünə girib və 15-ə yaxın heyvan tələf olub. Çoban isə ağır bədən xəsarəti alıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki,"Mercedes" markalı minik maşınının sürücüsü Gəncə istqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb.

Nəticədə 15-ə yaxın xırdabuynuylu heyvan tələf olub, 1972-ci il təvəllüdlü çoban Quliyev Şamil Qəni oğlu isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal Təcili Tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürüb. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər.
Hazırda faktla bağlı araşdırma aparılır.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO