Bakıda aparılan gecə söküntüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda aparılan gecə söküntüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Bakıda aparılan gecə söküntüsü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

199778

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Qeyd edək ki, bu gün gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində söküntü işləri aparılıb. Ərazidə öz mənzilini tərk etmək istəməyən qadın evindən zorla çıxarılıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO