Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş - VİDEO

Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş - VİDEO

Hazırda oxunan: Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş - VİDEO

199737

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Qax rayonunda 3 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən 3 nəfər Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanovun ailə üzvləridir.

Belə ki, “Ford” markalı avtomobillə toqquşan “VAZ-21015”də dünyasını dəyişənlər - sürücü 35 yaşlı Həbib Qurbanov onun oğlu, 62 yaşlı Gülnarə Qurbanova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Qurbanova isə gəlini olub.

Avtomobildə olan R.Qurbanovun digər gəlini və 4 nəvəsi isə xəsarət alıb. Vəfat edən Gülnarə Qurbanova həm də kənd məktəbinin rus dili müəllimi imiş.

Onlar bu gün Cəfərabad kəndinin məzarlığında dəfn ediliblər.

Bildirilir ki, ailə üzvləri Balakəndəki qohumlarını ziyarət edib Şəkiyə qayıdarkən qəzaya düşüblər. Hadisə vaxtı “Ford” markalı avtomobilin sürücüsü və sərnişini də xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO