Qatarla səfər etmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Qatarla səfər etmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Hazırda oxunan: Qatarla səfər etmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

199703

5  dəqiqə əvvəl minik dayandrılacaq, üzərində şəxsiyyət vəsiqəsi olmayanlar qatara buraxılmayacaq...

Bizim.Media xəbər verir ki, vağzallarda sərnişinlərlə bağlı qaydalara dəyişikliklər edilir.

Həmçinin, təhlükəsizlik məqsədilə  sərnişinləri yola  salan şəxslərin platformalara keçidi qadağan olunacaq. Səfər zamanı üzərində şəxsiyyəti təsdiq edən sənədin əsli olmayan və ya sənədinin vaxtı bitmiş sərnişinlərin  isə qatara buraxılmasına icazə verilməyəcək.

Eyni zamanda bilet almış sərnişin səfər tarixinədək hər hansı səbəbdən şəxsiyyəti təsdiq edən sənədini yeniləyərsə əvəzində şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi vəsiqə, 16 yaşına qədər uşaqlara isə doğum haqqinda şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etməklə səfər edə biləcəklər.

Yeni təyin olunmuş qaydalar isə iyulun 20-dən etibarən tətbiq olunacaq.

Daha ətraflı xezerxeber.az-ın videomaterialında:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO