Növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi və həmin təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsinə dair müddət dəqiqləşdirilib.
Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən bu müddət avqustun 12-dək olan dövrü əhatə edəcək.
Səsvermə gününə ən azı 10 gün qalanadək isə “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:54 / 29.06.2024
Seçki ilə bağlı “exit-poll” keçirmək niyyətində olan təşkilatlar sənədlərini avqustun 12-dək təqdim etməlidirlər
Hazırda oxunan: Seçki ilə bağlı “exit-poll” keçirmək niyyətində olan təşkilatlar sənədlərini avqustun 12-dək təqdim etməlidirlər
Hazırda oxunan: Seçki ilə bağlı “exit-poll” keçirmək niyyətində olan təşkilatlar sənədlərini avqustun 12-dək təqdim etməlidirlər
199658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.