Parlament seçkilərinə BU TARİXDƏ yekun vurulacaq

Parlament seçkilərinə BU TARİXDƏ yekun vurulacaq

Hazırda oxunan: Parlament seçkilərinə BU TARİXDƏ yekun vurulacaq

199653

Növbədənkənar parlament seçkilərinin nəticələrinin yoxlanılması və yekun vurulması prosesinin yekunlaşacağı tarix açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasnda təsdiqlənin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda məlumat verilib.

Belə ki, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir bu müddət isə sentyabrın 22-dək olan dövrü əhatə edir.

Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO