Şamaxıda yük maşını dərəyə AŞDI – Qarpızlar yola dağıldı – FOTO/VİDEO

Şamaxıda yük maşını dərəyə AŞDI – Qarpızlar yola dağıldı – FOTO/VİDEO

Hazırda oxunan: Şamaxıda yük maşını dərəyə AŞDI – Qarpızlar yola dağıldı – FOTO/VİDEO

199632

Şamaxıda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Belə ki, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb, daha sonra dərəyə yuvarlanıb.
Qəza nəticəsində yük avtomobili yarasız vəziyyətə düşüb və içərisində olan qarpızlar yola dağılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Kürdəmir rayon sakinləri sürücü 2002-ci il təvəllüdlü Həsənov İdris Elçin və onun sərnişini 1969-cu il təvəllüdlü Yusifov Elman Ağaqulu oğlu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 






Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO