Şəki-Zaqatala iqtisadi rayonlarında təsərrüfat məhv olan fermer və sahibkarlar aqarar sığrotanın vacibliyini hiss etməyə başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, respublikanın əksər ərazilərində olduğu kimi şimal-qərb bölgəsində baş verən çoxsaylı təbiət hadisələri – dolu, güclü yağışlar və sel-subasma əkin sahələrinə və digər aqrar təsərrüfatlara böyük zərər vurub.
Zərər görən rayonlardan biri də Qaxdır.
Təbii fəlakətin təsərrüfatlara vurduğu ziyanları yerində görmək məqsədi ilə Aqrar Sığorta Fondunun rəhbərliyi rayonda olub, fermer və sahibkarlarla görüşlər keçirilib, müzakirələr aparılıb.
Fondun rəhbərliyinin baş çəkdiyi təsərrüfatlardan biri Güllük kənd sakini Şahin Libiyevə məxsusdur. Fermer icarə əsasında torpaqlar götürərək əkin aparır. O, bu il qarğıdalı əkinlərinə daha çox üstünlük verib. Dediyinə görə, hər hektara 1700 manata yaxın xərc çəksə də, təbii fəlakətlə bağlı hər hansı məqamı nəzərə almayıb. Hansı ki, qarğıdalı əkinləri üçün hər hektara 12 manat əlavə xərc çəkməklə dolu və leysandan, ümumiyyətlə təbii fəlakətdən sığortalanmış olacaqdı...
Digər kənd sakini İlqar Məmmədov isə əsasən fındıq və qoz məhsullarını yetişdirmək və onların məhsulunu bazara çıxartmaqla ailə büdcəsini təmin edir. Baş verən təbii fəlakət bu ailənin də təsərrüfatına ciddi ziyan vurub.
Güclü külək bar verən çoxillik qoz və fındıq ağaclarını kökündən çıxararaq məhv edib ki, nəticədə ailəyə 7-8 min manat maddi zərər dəyib:
“Tufan, dolu, güclü burulğan elə bil kənddə 50-60 faiz məhsuldarlığı məhv edib. Mənim bağımda 14 ədəd qoz ağacını, 36 ədəd fındıq ağacını külək kökündən çıxarıb. Onların yarpağı da üstündə yoxdur. Məhsuldarlıqdan söhbət etməyə dəyməz. Başa düşürəm, sığorta etdirmək lazımdır. Ancaq bizim kolxoz dövründən qalan, islahat dövründə əhaliyə düşən pay torpaqların heç birinin sənədi yoxdur. Təsdiq edilən sənədlər olmadığı üçün sığorta idarəsi sığorta edə bilmir. Bu barədə sakinlər dəfələrlə müvafiq təşkilat və qurumlara müraciət etsə də nəticəsi olmayıb”.
Kimlərə sığorta ödənişi ediləcək?
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri son təbii fəlakətlərlə bağlı Qax, Zaqatala və Balakən rayonlarından müraciətlərin olduğunu bildirib və əlavə edib ki, müraciət edənlər arasında aqrar sığortası olanlarla yanaşı, əkin sahəsini sığorta etməynələr də var.
Fond rəhbəri təəssüflə bildirir ki, belə şəxslərə sığorta ödənişinin verilməi mümkün olmayacaq:
“Qeyd edilib ki, dövlət aqrar sığortaya böyük dəstək verir. Sığorta haqqının 5%-ni dövlət ödəyir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər. Belə ki, 1000 manatlıq buğda məhsulunun sığortalanması 20 manata, eyni məbləğli arpanın sığortası 24 manata, 1000 manatlıq qarğıdalı məhsulunun sığortası isə cəmi 12 manata başa gəlir”.
Fondun sədri bildirir ki, ötən il ərzində 990 -a yaxın müraciət daxil olmuşdusa, yalnız bu ilin may və natamam iyun ayı ərzində müraciətlərin sayı 1020-ni ötüb:
“Bu o deməkdir ki, Azərbaycanda son iki ayda baş verən təbiət hadisələri ötən il baş verən təbiət hadisələrindən bir neçə dəfə çoxdur. Əlbəttə ki, hələ qarşıda qarğıdalı əkinləri, həmçinin pambıq istehsalçılarının məhsul yığması dövrü var. Bu təbiət hadisələrinin sayının artmasının gözlənilir. Bu gün Qaxda fermerlərlə görüş keçirdik. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, fermerlərlə bu kəndlərdə, rayonlarda görüşlər keçirilsə də, sığortalanma xidmətləri çox aşağı səviyyədə olub”.
Qeyd edək ki, Aqrar Sığorta Fondu 2022-ci ildə fermerlərə 2,4 milyon manat, 2023-cü ildə isə 4,4 milyon manat ödəniş edib, 2024-cü ildə bu məbləğin daha böyük olacağı gözlənilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 29.06.2024
Qaxda təsərrüfatlara dəyən ZƏRƏR – Kimlərə sığorta ödənişi edilməyəcək? – FOTO
Hazırda oxunan: Qaxda təsərrüfatlara dəyən ZƏRƏR – Kimlərə sığorta ödənişi edilməyəcək? – FOTO
Hazırda oxunan: Qaxda təsərrüfatlara dəyən ZƏRƏR – Kimlərə sığorta ödənişi edilməyəcək? – FOTO
199594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.