Yaşlılar üçün ən uyğun şirniyyat növü HANSIDIR?

Yaşlılar üçün ən uyğun şirniyyat növü HANSIDIR?

Hazırda oxunan: Yaşlılar üçün ən uyğun şirniyyat növü HANSIDIR?

199593

“Yaşlı insanlar üçün sağlamlıq baxımından ən uyğun şirniyyat növü halvadır”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu rusiyalı diyetoloq Yelena Solomatina deyib.

O bildirib ki. halva sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır:

“Bundan əlavə, müalicə zamanı mədə-bağırsaq traktının düzgün işləməsi üçün lazım olan lifi ehtiva edir. Halvanın bir neçə çeşidi var ki, onların hər biri faydalı maddələrlə zəngindir. Məsələn, günəbaxan halvasının tərkibində E vitamini var ki, bu da ürək və damar xəstəliklərinin inkişaf riskini azaldır, həmçinin qocalma prosesini ləngidir.

Fıstıq halvası sümüklərin, dərinin, dişlərin, vətərlərin və qığırdaqların sağlamlığı üçün zəruri olan silisiumu özündə ehtiva edir. Kətan halvası xolesterol səviyyəsini sabitləşdirən və iltihablı proseslərin qarşısını alan çoxlu miqdarda omeqa-3 yağ turşuları ilə zəngindir.
Küncüt halvasında kalsium, badam halvasında isə çoxlu maqnezium var ki, bu da qan təzyiqini sabitləşdirir və aşağı salır.

Əks göstərişlərə gəlincə, halva şəkərli diabet xəstələri, piylənmə və insulin müqaviməti olan insanlar tərəfindən istehlak edilməməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO