Hacıqabulda evləri su basıb

Hacıqabulda evləri su basıb

Hazırda oxunan: Hacıqabulda evləri su basıb

199558

Hacıqabulda 100-ə yaxın evi su basıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, son günlər aramsız yağan yağışlar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb.

Sakinlərin sözlərinə görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib. Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.

Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalı Baloğlan kəndində 100-ə yaxın ev su içində qalıb. Eyni zamanda əkin sahələri su altındadır.

Hazırda təbii fəlakətin qarşısını almaq məqsədilə əraziyə FHN-nin və Rayon İcra Hakimiyyətinin müxtəlif təyinatlı texnikaları cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO