SABAH qruplarına imtahan verəcək tələbələrin NƏZƏRİNƏ

SABAH qruplarına imtahan verəcək tələbələrin NƏZƏRİNƏ

Hazırda oxunan: SABAH qruplarına imtahan verəcək tələbələrin NƏZƏRİNƏ

199538

İyunun 30-da SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, imtahanda 2025 tələbənin iştirakı nəzərdə tutulur.

Məlumata görə, imtahan saat 10:00-da başlayacaq.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahanın idarəolunmasına 9 ümumi və 24 imtahan rəhbərləri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO