Geomaqnit qasırğası gözlənilir – BU TARİXDƏ  

Geomaqnit qasırğası gözlənilir – BU TARİXDƏ  

Hazırda oxunan: Geomaqnit qasırğası gözlənilir – BU TARİXDƏ  

199517

Qısamüddətli geomaqnit qasırğası gözlənilir. 

Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. 

Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır. 
Məlumata görə, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, 28-29 iyun tarixlərində qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq.

Geomaqnit aktivliyi göstərən Kp əmsalı 29 iyun tarixində sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO