Paytaxtın Adil Məmmədov bağı dayanacağından “28 may” istiqamətində hərəkət edən “Xaliq Faiqoğlu” MMC şirkətinə aid olan 85 nömrəli avtobusun fəaliyyətində ciddi problemlər var. Avtobusun intervalında günün istənilən saatlarında gecikmələr baş verir.
Sərnişinlər uzun müddət avtobus gözləməli olurlar. İnterval xəttində marşrut sayının az olması sıxlığa səbəb olur.
Həmçinin bu avtobusların sürücülərinin sərnişinlərə qarşı davranışı da narahatlığa gətirib çıxarır. Havaların isti olmasına, sərnişinlərin sıxlığına baxmayaraq sürücülərə dəfələrlə narazılıq bildirdikdən sonra kondisioneri işə salırlar.
Sərnişinlərin mütəmadi şikayətlərinə isə nə sürücülər, nə də aidiyyəti qurumlar məhəl qoyur. Bizim.Media məsələ ilə bağlı “Xaliq Faiqoğlu”MMC şirkətinə müraciət etsə də, telefon zənglərimizə cavab verən olmayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə sorğumuzu hazırda cavablaya bilmədiyini, əlində vacib işlərin olduğunu deyib.
Nailə Kərim, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 28.06.2024
85 nömrəli avtobusdan ŞİKAYƏT – Sürücülər sərnişinləri niyə İNCİDİR?
Hazırda oxunan: 85 nömrəli avtobusdan ŞİKAYƏT – Sürücülər sərnişinləri niyə İNCİDİR?
Hazırda oxunan: 85 nömrəli avtobusdan ŞİKAYƏT – Sürücülər sərnişinləri niyə İNCİDİR?
199506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.