Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov Tərtərdə dəfn olundu - FOTO

199498

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri Yaqubov Fəqan Misir oğlu Tərtər rayonunda dəfn olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib. 

Mərasimdə yüzlərlə rayon sakini, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. 

Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Fəqan naməlum şəhid kimi Bakı şəhərindəki I Şəhidlər Xiyabanında dəfn olunmuşdu. 










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO