Laçında daha 21 ailəyə evlərin açarları təqdim olundu – YENİLƏNİB/FOTO 

Laçında daha 21 ailəyə evlərin açarları təqdim olundu – YENİLƏNİB/FOTO 

Hazırda oxunan: Laçında daha 21 ailəyə evlərin açarları təqdim olundu – YENİLƏNİB/FOTO 

199493

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.

Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub. 

Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. 

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar. 

***15:24

Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar. 

Bizim.Media xəbər verir ki, Laçın şəhəri bu dəfə 21 ailəyə qucaq açıb və daha 65 laçınlının yurd həsrəti bitib. 

Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər. 

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. 

Bununla da Laçın şəhərində 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin olunub. 

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO