“Ana dilimizə laqeyd yanaşanlar cərimələnsin” – AMEA-nın müşavirindən MARAQLI TƏKLİF 

“Ana dilimizə laqeyd yanaşanlar cərimələnsin” – AMEA-nın müşavirindən MARAQLI TƏKLİF 

Hazırda oxunan: “Ana dilimizə laqeyd yanaşanlar cərimələnsin” – AMEA-nın müşavirindən MARAQLI TƏKLİF 

199426

Bu gün hərkəs demək olar ki, sosial şəbəkə platformalarından aktiv şəkildə istifadə edir. Kimisi işi üçün, kimisi öyrənmək üçün kimiləri isə bir çox səbəblərdən sosial media istifadəçisidir.

İstifadəçilər arasında müşahidə etdiyimiz problemlərdən biri də Azərbaycan dilinə laqeyd yanaşmadır. Ya ingilis klaviaturasından istifadə edirlər, ya hərf səhvlərinə yol verirlər,  ya da sözün düzgün yazılış qaydasına riayət etmirlər. Hətta müşahidə edirik ki, ana dilində olan sözləri bəzən əvəzləyici sözlə ifadə edirlər. 

Bəs dilimizə hörmətsizlik nədən irəli gəlir? 

Araşdırmalar onu göstərir ki, insan mütaliyəylə az məşğul olarsa, onun söz bazası az olar. Fikrini yazılı, eyni zamanda şifahi də ifadə etməkdə çətinlik çəkər. Söz bazası az olduqda artıq insan öz fikrini ifadə etmək üçün əvəzləyicilərə üz tutur və bu zaman öz ana dilindən yayınmış olur.

Mövzuyla bağlı Bizim.Media-ya danışan AMEA-nın müşaviri Möhsün Nağısoylu bildirib ki, dilimizi genişləndirmək üçün insanları mütləq maarifləndirmək lazımdır:

“Bunun başqa yolu yoxdur. Onları mütləq şəkildə məcbur etməliyik ki, fikirlərini ifadə edərkən ana dilimizdəki sözlərdən istifadə etsinlər. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əsas vəzifələrindən biri də budur ki, Azərbaycan dilinin saflığının qorunması və daha da təkmilləşdirilməsi barədə tədbirlər görsün.

Azərbaycan dilinin müasir vəziyyəti, dil situasiyası ilə bağlı elmi konfranslar, müzakirələr, dəyirmi masaların təşkili, mövcud problemləri ictimaiyyətin nəzərinə çatdırsın, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının mütəmadi monitorinqini aparsın. Həmçinin Azərbaycan dilinin işləndiyi bütün sahələrdə dövlət dil normalarının qorunması və təbliği ilə bağlı, eləcə də ali və orta məktəb dərsliklərinin monitorinqini aparsın. Rus və ingilis bölməli məktəblərdə Azərbaycan dili dərsiklərinin və Azərbaycan dilinin tədrisinin monitorinqinin təşkiliilə məşğul olsun. 

Bundan əlavə dilin təbliği və təşviqi məqsədilə televiziya verilişlərinin təşkili, həmin verilişlərdə Monitorinq Mərkəzi tərəfindən görülən işlərin işıqlandırılması, filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təkliflərin verilməsini təmin etsin”. 
Bəzən hər hansısa bir restoran, kafelərdə də təqdim edilən menyuların xarici dildə olması halı ilə rastlaşırıq. Səbəb soruşduqda isə restorana xarici turistlərin gəldiyi bildirilir”.

Bəs bu halların qarşısını almaq mümkündürmü? 

Möhsün Nağısoy bu məsələyə də toxunub. O, qeyd edib ki, bu cür halların qarşısını almaq üçün tək üsul cərimədir:

“Cərimə olduqda artıq belə hallarla daha az rastlaşacayıq”, -  deyə Möhsün Nağısoylu bildirib.

Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO