Azərbaycana gələn Ukrayna vətəndaşları ölkədə müddətsiz qala bilərlər.
Sfera.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov bildirib.
Onun sözlərinə görə, qanunla Ukrayna vətəndaşları Azərbaycanda 90 gün qala bilər:
“Yenə qalma müddəti 90 gündür. Amma müddət bitəndən sonra vəziyyət nəzərə alınaraq kənara çıxarılma tətbiq olunmur. Yəni 90 günü bitmiş Ukrayna vətəndaşları ölkəmizdə qala bilir".