“Siqaret çəkənlərin nəfəsindən külqabı qoxusu gəlir” – Samirə Bağırovadan SƏRT SÖZLƏR 

“Siqaret çəkənlərin nəfəsindən külqabı qoxusu gəlir” – Samirə Bağırovadan SƏRT SÖZLƏR 

Hazırda oxunan: “Siqaret çəkənlərin nəfəsindən külqabı qoxusu gəlir” – Samirə Bağırovadan SƏRT SÖZLƏR 

199322

Siqaretin zərərli olduğunu hər birimiz bilirik. Bu ziyanlı vərdişin neqativ nəticələri ilə bağlı mütəmadi sosial çarxlar hazırlansa da, bəzi insanlara fərq etmir, onlar bu vərdişdən əl çəkmirlər.

Mütəxəssislərin fikrincə, siqareti təkcə çəkməyin yox, həm də tüstüsünü qəbul etməyin fəsadları böyükdür. Elə danışacağımız mövzu da məhz bununla bağlıdır. 

Yəqin ki, insanların sıx olduğu küçələrdə hərəkətli halda siqaret çəkənlərə rast gəlirsiniz. Yaxud da önünüzdəki şəxs siqareti çəkərək hərəkət edir, siz isə arxasınca o tüstünü qəbul edərək yerimək məcburiyyətində qalırsınız. 

Bu davranış yalnız başqalarına ziyan vurmur, həm də ciddi etiket pozuntusudur. Maraqlıdır, insanların bu cür bəsit etiket qaydalarını bilməməsi nədən irəli gəlir?
 

Psixoloq Samirə Bağırova mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, siqaret pis vərdiş olan psixoloji pozuntudur: 

“Siqaret çəkmək pis vərdiş olsa da, ondan istifadə  etik norma tələb edir. Bəzi insanlar qadağan olunmuş yerlərdə siqaret çəkərək qaydanı pozurlar. Onlar siqareti çəkə-çəkə emosional  danışırlar, əl-qol hərəkəti edirlər. Bundan əlavə, nahar zamanı hər kəsin əyləşdiyi masa arxasında kiminsə siqaret yandırması digər şəxslərə hörmətsizliyi nümayiş etdirir. Toylarda, məclislərdə əlində siqaret tutaraq rəqs edən insanlar etika qaydalarından uzaqdır. 

Siqaret çəkən şəxs anlamalıdır ki, bu proses yalnız onun özünə xoşdur və digər insanların hüzuruna, sağlamlığına problem yaradır. Siqaret çəkən insanların nəfəsindən, geyimindən, əllərindən, avtomobil idarə edirsə, avtomobilindən hər zaman külqabı qoxusu gəlir. 
Ümumiyyətlə, insanların çoxu etikadan uzaqdır. İctimai yerlərdə telefonda sosial şəbəkəni səsli dinləyənlərə dəfələrlə irad bildirmişəm. Telefon istifadə edən hər kəs bilməlidir ki, ictimai yerlərdə qulaqlıqdan istifadə mütləqdir. Dövlət müəyyən cərimələr tətbiq etsə, məsələn, avtomobil və  taksilərdə siqaret istifadəsinin qadağası tətbiq olunsa, nəhayət, insanlar mədəniləşər”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO