Anadangəlmə qüsurlu uşaqların sayının artmasına səbəb nədir? – Pediatrdan AÇIQLAMA 

Anadangəlmə qüsurlu uşaqların sayının artmasına səbəb nədir? – Pediatrdan AÇIQLAMA 

Hazırda oxunan: Anadangəlmə qüsurlu uşaqların sayının artmasına səbəb nədir? – Pediatrdan AÇIQLAMA 

199313

Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə çıxışı zamanı deyib ki, son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb, uşaqlarda anadangəlmə qüsurlar da çoxalıb.

O, həmçinin, bu gün talassemiyanın ağır formalarının da artdığını, əvvəllər alfa formasının çox olduğunu, indi isə delta formasına keçdiyini qeyd edib.

Anadangəlmə qüsurlu uşaqların sayının artmasına nələr səbəb olur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan pediatr Aytən İsmayılzadə deyib ki, anadangəlmə qüsurlar, əsasən qohum evliliklərinə görə yaranır:

“Bu baxımdan qohum evlilikləri ilə bağlı qanuna edilən dəyişiklər çox yaxşı oldu. Təcrübədə görünür ki, qohum evliliklərindən doğulan uşaqda anadangəlmə müəyyən qüsurlar olur.

Bəzi xəstəliklər var ki, onlar ömürboyu müalicə tələb edir, həmin uşaq ömürboyu xüsusi qayğıya möhtac olur. Ona görə də qohum evlilikləri arzuolunan deyil. 

Həkim övlad planlamadan öncə genetik testdən keçməyin vacib olduğunu vurğulayıb:

“Əgər cütlüklər nəsildə hər hansı genetik xəstəliyin olduğunu bilirlərsə, genetik testlərdən keçməlidirlər. DNT məluamtlarımız özü də ətraf mühitin təsiri ilə bağlı dəyişib. Ona görə də yeni mutasiyalar da görə bilərik. Yaxşı olar ki, valideyn olmaq istəyənlər pis vərdişlərdən uzaq olsunlar. Hamiləlik zamanı siqaret çəkmək dölə çox mənfi təsir edə bilər. Hamiləliyin ilk 3 ayında xüsusilə diqqətli olmalıdırlar. Burada qızılca, məxmərək kimi xəstəliklərə də fikir vermək lazımdır. 

Ultrasəs müayinəsi və bəzi testlər vasitəsilə bətn daxili inkişaf dövründə təyin etmək mümkündür, bəzən isə ananın yaşı çoxdursa, bəzi məsələlər olduqda test nəticəsi yanlış göstərə bilir. Bunun kökündə ətraf mühitin genlərə təsiri, irsən xəstə genlərin ötürülməsi, hamiləlik dövründə yaranan infeksiyalar və digər məsələlər genetik anadangəlmə qüsurlara səbəb olur. Talassemiya xəstələrini qeyd etmək istərdim ki, əsasən qohum evliliyi səbəbindən üzə çıxır və aylar sonra özünü biruzə verir. O da ağır bir xəstəlikdir. Bəzi xəstəliklərin müalicəsi var, bəzilərinin isə yoxdur və ya çox bahalıdır”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO