“Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Nazir sertifikasiyada yüksək nəticə göstərən müəllimləri bir araya TOPLADI
“Bizim 30 min müəllimimiz az maaş alır. Çünki dərs saatları azdır. Bu da ona görədir ki, sıxlıq çoxdur. Amma siyasi hədəf müəyyən etmişik ki, hər müəllimin minimum 18-25 dərs saatı olsun. Belə olan halda onlar 1000-1500 manat civarında maaş almış olacaqlar” - deyə nazir bildirib.
Həmçinin elm və təhsil naziri bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.
Nuranə Daxilqızı, Bizim.Media