“Ən zəif nəticəni göstərən müəllimlər Astarada olub. Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Bu kimi müəllimlər sovet dövründə işə götürülmüş adamlardır”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev 2024-cü ildə keçirilən sertifikatlaşdırma prosesinin nəticələrinə dair hesabat tədbirində deyib.
Nazir ibtidai sinif müəllimləri arasında sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərləri açıqlayıb.
Həmin rayon və şəhərlər aşağıdakılardır:
1. Sumqayıt
2. Bakı
3. Abşeron
4. Şirvan
5. Gəncə
6. Mingəçevir
7. Siyəzən
8. Quba
9. Oğuz
10. Şabran
11. Hacıqabul
12. Xaçmaz
13. Qazax
14. Salyan
15. Zəngilan
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:16 / 27.06.2024
Astarada hər üç müəllimdən biri işini İTİRƏCƏK – RƏSMİ
Hazırda oxunan: Astarada hər üç müəllimdən biri işini İTİRƏCƏK – RƏSMİ
Hazırda oxunan: Astarada hər üç müəllimdən biri işini İTİRƏCƏK – RƏSMİ
199304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.