Yazılan partalar, cızılan oturacaqlar... – İctimai mülkiyyətə nifrət nədən qaynaqlanır?

Yazılan partalar, cızılan oturacaqlar... – İctimai mülkiyyətə nifrət nədən qaynaqlanır?

Hazırda oxunan: Yazılan partalar, cızılan oturacaqlar... – İctimai mülkiyyətə nifrət nədən qaynaqlanır?

199294

Nə qədər təhsilimizi, həyat tərzimizi müasirləşdirsək də, ictimi mülkiyyətə baxışlarımız ötən əsrdə qalıb. Sanki Sovetlər dönəmində olduğu kimi insanlarda ictimai mülkiyyətə bir nifrət var. Ona görə də əksəriyyətimiz təhsil aldığımız məktəbdə stolu yazırıq, mindiyimiz avtobusu cızırıq, istirahət etdiyimiz parkdakı oturacağı sındırırıq. 

Buna görə də bir çox hallarda heç ictimai qınaq da görmürük. Çoxlarımız evimizi dövlət, ailə üzvlərimizi isə xalq bilirik. Ona görə də evimizin kandarından o tərəfə nə görsək, ona düşməncəsinə yanaşırıq: zibilliyirik, dağıdırıq, sındırırıq...

Hələ məşhur konfrans zallarında masanın və stulun altına toxunarkən əlimizə yapışan saqqızları demirik.

Bəs bizdə ictimai mülkiyyətə nifrət niyə bu qədər güclüdür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, ictimai mülkiyətə münasibət ictimai şüurla, ictimai tərbiyə ilə bağlı məsələdir:

“Əgər ictimai mülkiyətə laqeyd, bəzi hallarda dağıdıcı münasibət varsa, demək ki, bu sahədə boşluq var. Ailələrdə və digər sosiallaşma institutlarında ictimai mədəniyyət, ictimai şüur aşılanmalıdır. Uşaq və gənclərə ətraf mühitə doğma ev təfəkkürü, yurdun, Vətənin hər nəsnəsinə sevgi aşılanmalıdır. Əks təqdirdə cəmiyyətdə ictimai yerlərdə deviant və delikvent davranış sərgiləyən hallarla daha çox qarşılaşacağıq. 

Uşaq və gənclərlə ideoloji tərbiyə işlərini gücləndirmək, daha səmərəli metodika tətbiq etmək lazımdır. Bu istiqamətdə mütəmadi olaraq sosial çarxlar vasitəsilə mesajlar ötürülməlidir. Eyni zamanda inzibati hüqiqi müstəvidə cəzalar sərtləşdirilməlidir. Yəni paralel olaraq həm tərbiyəvi işlər, həm də inzibati nəzarət gücləndirilməlidir. Bu hallara nəzarəti texniki və sosial agentlər vasitəsilə daha da effektiv etmək olar”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO