Şəmkirdə 52 yaşlı kişi itkin düşdü – FOTO

Şəmkirdə 52 yaşlı kişi itkin düşdü – FOTO

Hazırda oxunan: Şəmkirdə 52 yaşlı kişi itkin düşdü – FOTO

199261

Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğlu iyunun 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunda Bizim.Media-ya verilən məlumata görə, itkin düşən şəxsin əlamətləri belədir: boyu 170 sm, ağ saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur.

Sonuncu dəfə evdən gedərkən üzərində zolaqlı köynək, qara şalvar və qara rəngli ayaqqabı olub. 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəmkir Rayon Polis Şöbəsinin (022)305-28-02 şəhər və 050-341-05-58 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Xaliq Pənahovun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO