Bakıda “Baku ID” innovasiya festivalı keçirilir – FOTO   

Bakıda “Baku ID” innovasiya festivalı keçirilir – FOTO   

Hazırda oxunan: Bakıda “Baku ID” innovasiya festivalı keçirilir – FOTO   

199249

Bu gün SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı keçirilib.  

Bizim.Media xəbər verir ki, “Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşlar isə 4SİM və IDDA-dır. 

Qeyd edək ki, builki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alıb.

Eyni zamanda, tədbirdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Şahmar Mövsümov, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.










Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO