Saatlıda əməliyyat: İki narkokuryer saxlanıldı – FOTO/VİDEO   

Saatlıda əməliyyat: İki narkokuryer saxlanıldı – FOTO/VİDEO   

Hazırda oxunan: Saatlıda əməliyyat: İki narkokuryer saxlanıldı – FOTO/VİDEO   

199231

Saatlıda iki narkokuryer saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı əcnəbi vətəndaşa narkokuryerlik edən rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev saxlanılıblar.  

Həmin şəxslərdən 2 kiloqram 500 qram heroin, 5 kiloqrama yaxın marixuana, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. 

Araşdırmalar zamanı adıçəkilən şəxslərin sosial şəbəkə vasitəsilə tanış olduqları İran vətəndaşına narkotik vasitə müqabilində kuryerlik etdikləri məlum olub.  

Faktla bağlı cinayət işi başlanıb, M.İsgəndərov və A.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. 

Şöbə əməkdaşları tərəfindən bu istiqamətdə son günlərdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 7 nəfər saxlanılıb, onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana götürülüb. 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO