Bu gün Bakının Xəzər və Binəqədi rayonlarında qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması və Binəqədi rayonu, 7-ci Mikrarayon S.S.Axundov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması məqsədi ilə iyunun 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Zirə qəsəbəsinin və Binəqədi rayonunun Amay Kunanbayev, Aydınbəyov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
![DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq](https://bizim.media/file/articles/2024/06/27/1719465842_1719293337_1718860977_qaz.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:23 / 27.06.2024
DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq
Hazırda oxunan: DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq
Hazırda oxunan: DİQQƏT! Bakının iki rayonunda qaz olmayacaq
199228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.